
19-20 mart tarixlərdə Qusar rayonunun Yasab kəndində Novruz bayramına həsr olunmuş qol güləşi üzrə rayon birinciliyi keçirilmişdir. Ən güclü idmançıları aşkar etmək, qol gücü idman növünün geniş yayılması və daha çox idmançının cəlb olunması məqsədi daşıyan yarışlarda səkkiz çəki dərəcəsində 60-dan yuxarı idmançı öz qüvvəsini sınamışdır. Yarışın nəticələrinə əsasən Yasab kəndinin idmançılarından 6 , Hil kəndindən 1, Kuxuroba kəndindən 1 nəfər birinciliyə imza atmışdır. Əniğ, Samur, Avaran, Gündüzqala, Y/Zeyxur kəndlərindən olan idmançılar da yarışlarda fəal iştirak edərək II, III yerlərə sahib çıxmışdır. Yarışların qalibləri rayon Gənclər və İdman idarəsinin və Yasab kənd bələdiyyəsinin təsis etdiyi diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Mart ayının 22- də 651 saylı hərbi hissənin əsgərləri və rayon idmançıları arasında Novruz bayramına həsr olunmuş milli idman növləri üzrə yarışlar keçirilmişdir. Kəndirdartma, daşqaldırma və gücsınama idman növləri üzrə keçirilmiş yarışda 80-ə yaxın iştirakçı öz qüvvəsini sınamışdır.