
24-26 iyun tarixdə Qusar Olimpiya İdman Kompleksində Azərbaycan və Dağıstan xalqları arasında cüdo güləşi üzrə dostluq turniri keçirilmişdir. Cüdo idman növünün genişləndirilməsi, inkişafı, kütləvi təbliği və təşviqi məqsədilə kecirilən turnirdə respublikanın şəhər və rayonları üzrə UGİM-nin, İC-nin və Dağıstan respublikasının 1995-1997-ci il təvəllüdlü 100-ə yaxın idmançısı 9 çəki (42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq, 81 kq, +81 kq) dərəcəsində öz qüvvəsini sınamışdır. 11 komandanın iştirak etdiyi yarışlarda rayonumuzu 12 idmançı təmsil edərək yüksək nailiyyətlər əldə etmişlər.
Turnirin nəticələrinə əsasən 46 kq çəki dərəcəsində Pirkişiyev Rəşad III, 55 kq çəki dərəcəsində Qazıxanov Raul I ,60 kq çəki dərəcəsində Heybətov Elçin I, Osmanov Rahib II, 73 kq çəki dərəcəsində Həsənov Renat III, 81 kq çəki dərəcəsində Bəyəliyev Mürsəl I, 81 kq çəki dərəcəsində Məmmədov Sərxan I yerlərə layiq görülmüşdür. Hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş idmançılar rayon Gənclər və İdman idarəsi və “İnter” Peşəkar İdman Klubu tərəfindən medallarla, xatirə hədiyyələri, kubok və diplomlarla təltif edilmişdir.